Bakı-Sumqayıt şossesində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, qəza Bakının Binəqədi rayonu ərazisində baş verib. Belə ki, Məmmədov Rahib Elton oğlu idarə etdiyi "Renault" markalı avtomobillə yüksək sürətlə hərəkətdə olan zaman onun avtomobili qəfil yol kənarındakı dekorativ beton arakəsməyə çırpılıb. Hadisə zamanı o, bədən xəsarətləri alıb. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. İlkin müayinə zamanı qəzanın bilərəkdən törədildiyi ehtimalı ortaya çıxıb. Belə bir ehtimala avtomobildən sürücünün yazdığı vəsiyyətnamənin tapılması əsas verib. Məlum olub ki, sürücü R.Məmmədov maddi çətinlikdən əziyyət çəkib. Məhz buna görə də o özünü öldürmək qərarına gəlib. Baş vermiş hadisədən xəbər tutan R.Məmmədovun yaxınları hadisə yerinə gəlib. Sürücü yaxınlarının təkidi ilə xəstəxanaya aparılıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man