Bakının Binəqədi rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, 2013-cü il təvəllüdlü Nəsiyeva Gülay Vüsal qızı Azadlıq prospektində "qoşa zapravka" deyilən ərazidə yolu keçmək istəyərkən, "90-KB-284" dövlət qeydiyyat nişanlı "Volkswagen" markalı avtomobil onu vurub. Hazırda şəxsiyyəti məlum olmayan sürücü uşağı dərhal 1 saylı Klinik Tibbi Mərkəzə aparıb. N.Gülaya qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Onun vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man