Bakı şəhəri, Binəqədi rayonu ərazisində qanlı cinayət hadisəsi törədilib. Hadisə şahidlərinin Avtosfer.az-a verdiyi məlumata görə, "Favorit" marketin yaxınlığında "Mercedes" markalı avtomobildə iki nəfərə güllə atılıb. Onlardan biri hadisə yerində ölüb, digəri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən şəxslər 10 GD 021 dövlət nömrə nişanlı, "BMW X5" markalı avtomobillə qaçmağa çalışıblar. Lakin Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları onları yaxalayıb. Sükan arxasında olan şəxs Hüseynov Səxavət Oruc oğlu olub. Digər şəxsin də şəxsiyyəti müəyyənləşdirilir. Hadisə şahidlərinin verdiyi məlumata görə, qanlı cinayət namus üstündə olub.
Faktla bağlı araşdırma aparılır.
Orxan
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man