Biləsuvar rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Feyzullayev Nurlan Qasım oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Yeniyetmə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man