Bakıda yol polisindən nümunəvi addım – VİDEO

İctimai nəqliyyat 07 İyun 2019 | 07:59
OXUNUB: 1935

Paytaxt ərazisində yol polisi həyat yoldaşını doğum üçün xəstəxanaya çatdırmaq istəyən sürücüyə yardım edib. Xidməti ərazisi olmamasına baxmayaraq, rəhbərliyinə məlumat verərək avtomobili müşayiət edən polislər hərəkətin sıx olduğu ərazidə qısa zamanda avtomobili xəstəxanaya çatdırıb. Vaxtında xəstəxanaya çatan ana bir qız övladı dünyaya gətirib.

Sayrışan işıqlarını yandıran və səs siqnalını qoşan yol polisi həyat yoldaşını doğum evinə çatdırmağa çalışan sürücünü müşayiət edir. Bu zaman təhlükəsizlik gözlənilməklə bir neçə dəfə qırmızı işığın tələbi pozulur və qarşı hərəkət zolağı ilə hərəkət edilir. Bu görüntü ötən gün çəkilib və votsap nömrəsinə sürücü Sultan Mikayılov tərəfindən göndərilib. Sürücüyə kömək edən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 99 YP 361 nömrə nişanlı avtomobilinin ekipaj üzvləri isə bu hadisə ilə bağlı mikrofonumuza danışıb.

Bu zaman efir vasitəsi ilə digər yol polislərindən də yardım istənilib və "Baksol" yolu kimi tanınan ərazidən 1 saylı şəhər kliniki xəstəxanasına kimi olan yolda sıxlığın azaldılması üçün tədbirlər görülüb. Yol polisi bu tip ekstremal vəziyyətlə qarşılaşan sürücülərə məsləhət görür ki, kobud qaydalar pozub həm öz, həm də digərlərinin həyatını riskə atmasınlar.

Qeyd edək ki, vaxtında xəstəxanaya çatdırılan ailənin qız övladı dünyaya gəlib və valideynləri adını Nübar qoyublar.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man