“Yokohama Municipal Subway” metrosunun operator şirkəti mayın 6-da səhər saatlarında qatarlardan birinin relsdən çıxması barədə məlumat yayıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Tokio yaxınlığında baş verən qəza zamanı xəsarət alanlar barədə məlumat yoxdur. Polisin məlumatına əsasən, qatarda təqribən 130 sərnişin olub. Onların hamısı hadisədən sonra təxliyə olunub. Yokohama şəhərinin rəsmi nümayəndələrinin bildirdiyinə görə, operator şirkət tənzimləyici qatarın buraxılması üçün gecə yola əlavə relslər düzüb. İşdən sonra relslər yoldan götürülməyib. Yəqin ki, həmin relslər səhər qatarının hərəkətində problem yaradıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man