Ukraynanın Xarkov şəhərində marşrut avtobusunun yük maşını ilə toqquşması nəticəsində 15 nəfər xəsarət alıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, insident səhər saatlarında “Traktorstroitel” prospektində qeydə alınıb. Bu barədə DİN mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd edilir ki, hərəkət zolağında “Renault Master” markalı yük maşını "Ruta" markalı mikroavtobusla toqquşub. Nəticədə yük maşınında olan iki nəfər, mikroavtobusda isə 13 sərnişin yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.
Qəza ilə bağlı araşdırmalara aparılır.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man