Yaponiyada məktəbli avtobusunun iştirakı ilə kütləvi yol qəzası baş verib. Müxtəlif məlumatlara görə, 10-dan 17-yə qədər insan xəstəxanaya yerləşdirilib.
Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, insident Totiqi prefekturasında iyunun 4-ü yerli vaxtla təxminən 8.00-da qeydə alınıb.
Məlumata görə, avtobusda ekskursiyaya gedən Çukinokidzava məktəbinin 33 aşağı sinif şagirdi və 3 müəllimi olub. Hadisənin dəqiq səbəbləri məlum deyil. “Kiodo” agentliyinin məlumatına görə, məktəbli avtobusu yük maşınına arxadan çırpılıb.
Qəzada azı 5 nəqliyyat vasitəsi iştirak edib. Yaralılar dəqiq sayı müəyyənləşdirilir.
“NHK” telekanalı 10 nəfərin, “Kiodo” agentliyi isə azı 15 uşağın və 2 nəfərin yaralandığını qeyd edib.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man