Helikopter qəzaya uğradı: 3 ölü

Yol qəzaları 04 İyun 2019 | 07:46
OXUNUB: 753

ABŞ-ın Arkanzas ştatında helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, insident iyunun 2-si axşam saatlarında qeydə alınıb. Bu barədə “KNWA News” telekanalı yerli polis və Xüsusi Hallar departamentinə istinadən məlumat yayıb.

Məlumata görə, göyərtəsində 4 nəfərin olduğu ekskursiya helikopteri ştatda “Backwoods” musiqi festivalının keçirildiyi əraziyə düşüb.

Bildirilir ki, xilasedicilər qəzanın baş verdiyi yeri helikopterdə yaralı vəziyyətdə olan sərnişinin təcili xidmətə telefon zəngindən sonra tapıblar.

Qəzanın hansı səbəbdən baş verdiyi açıqlanmır.

 

Namiq

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man