Sosial şəbəkədə Rusiyanın Tambov əyalətində baş vermiş qorxunc qəzanın görüntüləri yayımlanıb. Məlumata görə, hərəkətdə olan “Mazda” markalı avtomobilin qaz avadanlığı partlayıb və nəticədə idarəetmədən çıxaraq TIR-a çırpılıb.
Qəzanın şiddətindən yük maşını boş əraziyə düşüb. Kabinəsi qopan TIR yanmağa başlayıb. Sürücü yanan maşından özünü son anda kənara atıb.
Hadisə şahidlərinin sözlərinə görə, “Mazada” markalı minik avtomobilində olan bir neçə nəfər ölüb. Minik avtomobili tamamı ilə yanıb.
Avtosfer.az “RenTV”yə istinadən baş verən insidentin videosunu təqdim edir:
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man