Kanadanın Albert əyalətində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb. Avtosfer.az “TASS”a istinadən xəbər verir ki, insident təyyarənin Medisin-Het hava limanından havaya qalxdıqdan sonra baş verib. Bu barədə iyunun 2-si CTV telekanalı məlumat yayıb. Təyyarə qonşu Saskaçevan əyalətinə uçurmuş və bir müddət sonra radarlardan itib.
Bildirilir ki, təyyarənin qalıqları 30 kilometr uçuş yerindən aralıda tapılıb.
Qəzada 3 nəfər həlak olub. Onları şəxsiyyətləri müəyyənləşdirilir.
Hadisə ilə bağlı araşdırmalar aparılır.
Digər təfərruatlar bağlı məlumat verilmir.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man