Yük maşını qəza nəticəsində Respublika Velotrekinə ziyan vurub - FOTO

Yol qəzaları 02 İyun 2019 | 11:45
OXUNUB: 759

Respublika Velotrekinə ciddi ziyan dəyib. Avtosfer.az xəbər verir ki, bu barədə ONA-ya Azərbaycan Velosiped İdmanı Federasiyasından məlumat verilib. Bildirilir ki, 20 Yanvar dairəsində “HOWO” markalı yük maşınının əyləc sistemində nasazlıq yaranıb və sürücü idarəetməni itirərək əvvəlcə yolun kənarında dayanmış “Opel” markalı avtomobili yararsız vəziyyətə salıb, sonra isə hasarı uçuraraq yüksək sürətlə Respublika Velotrekinin ərazisinə daxil olub. 59 tonluq (17 ton öz çəkisi, 42 ton yük) maşın ərazidə 2 şam ağacını kökündən çıxardıb, skeyt meydançasındakı tramplinlərin birini köhnə avtovağzal ərazisinə salıb və qabaq təkərləri havadan asılı vəziyyətdə qalmaqla dayana bilib. Sürücüyə heç nə olmayıb. Amma Respublika Velotrekinə ümumilikdə 5000 manata yaxın maddi ziyan dəyib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man