Qaxda avtomobillə motosiklet toqquşub

Yol qəzaları 01 İyun 2019 | 19:06
OXUNUB: 885

Qaxda minik avtomobili ilə motosiklet toqquşub. Avtosfer.az-ın ONA-ya istinadən məlumatına görə, hadisə bu gün saat 11 radələrində Qax-İlisu avtomobil yolunun Qaxbaş kəndi ərazisindən keçən hissəsində baş verib. Qax rayonun sakininin idarə etdiyi “VAZ” markalı minik avtomobili ilə Qaxbaş kənd sakini 1996-cı il təvəllüdlü Şiosşvili Laşa Meraboviçin idarə etdiyi qoşqulu motosiklet toqquşub. Qəzadan sonra VAZ markalı avtomobildə olanlardan heç kəs xəsarət almasa da, motosikletin sürücüsü L.Şiosşvili aldığı bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibb müəssisəsindən bildirilib ki, L. Şiosşviliyə qapalı kəllə-beyin travması diaqnozu qoyulub, müalicəsi xəstəxananın əsəb xəstəlikləri şöbəsində aparılır.
Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man