Mingəçevirdə məktəblilər yol polisinin qonağı oldular - FOTO

İctimai nəqliyyat 01 İyun 2019 | 15:09
OXUNUB: 1197

Mingəçevirdə məktəblilər Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə ekskursiya ediblər. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, “Yol polisimizlə bir gün” adlı tədbir “Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” nın məqsədlərinə uyğun olaraq Daxili İşlər və Təhsil Nazirliklərinin həyata keçirdikləri birgə əməkdaşlıq çərçivəsində baş tutub.  

DYPB-nin təbliğat və təşviqat üzrə inspektoru Xətayi Məmmədov burada şagirdlərə yol polisinin xidməti fəaliyyəti, sürücülərin və piyadaların rahat, təhlükəsiz hərəkəti üçün görülən işlər barədə məlumat verib. Məktəblilər növbətçi hissə, xidməti otaqlarla da tanış ediliblər,  burada onları maraqlandıran suallar cavablandırıldıqdan sonra ekskursiya şəhər ərazisində davam etdirilib. Şagirdlər burada YPX-nin xidməti avtomobilləri ilə yaxından tanış olublar, avtomobillərdə quraşdırılan sistem barədə onlara  məlumat verilib. Əyani olaraq şəhər ərazisindəki piyada keçidlərindən, işıqfordan istifadə qaydaları, eləcə də digər yol hərəkəti qaydaları izah olunub. Sonda  bölmə rəisi Cəmşid Abbasov azyaşlılara yollarda diqqətli olmalarını tövsiyə edib və yol hərəkəti qaydalarına əməl etməyə çağırıb. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man