Rusiyanın Perm şəhərində iki avtobusun toqquşması nəticəsində 6 nəfər xəsarət alıb. Avtosfer.az “Life.ru”ya istinadən xəbər verir ki, 37 nömrəli avtobus dayanacağa 100 metr qalmış işıq dirəyinə dəyib və sonrada mağazaya çırpılıb. Bundan sonra avtobus istiqamətini dəyişərək digər 36 nömrəli avtobusla toqquşub. Bildirilir ki, qəza 37 nömrəli avtobus sürücüsünün halının pisləşməsi səbəbindən baş verib. İnsident nəticəsində avtobus sürücüləri, 2 konduktor və iki sərnişin xəsarət alıb. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man