Siyəzəndə ağır yol qəzası baş verib, ölənlər və yaralanan var

Yol qəzaları 31 May 2019 | 16:52
OXUNUB: 730

Siyəzən rayonunda ağır yol qəzası baş verib.  Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bu gün səhər saatlarında Bakı-Quba-Rusiya sərhədi yolunun 116-cı kilometrliyində, Siyəzən rayonu ərazisində qeydə alınıb. Belə ki, 1974-cü il təvəllüdlü Yaşar Xasay oğlu Əliyevin idarə etdiyi "Mercedes Benz E 200" markalı avtomobil idarəetməni itirərərək yol kənarına aşıb. Nəticədə nəqliyyat vasitəsindəki sərnişinlər - Bakı şəhər sakini, 1948-ci il təvəllüdlü Larisa İvanovna Lapina və Şabran rayonunun Ağalıq kənd sakini, 1992-ci il təvəllüdlü Mövlud Rasim oğlu Əmiraslanov hadisə yerində ölüb.

"Mercedes"də olan digər sərnişin - Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Nərmin Əzizağa qızı Hacıbalayeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Qəzaya səbəb kimi yağışlı hava şəraiti, yolun sürüşkən olması göstərilir. Qeyd edək ki, Y.Əliyev qəza törətdiyi avtomobillə Bakı-Xaçmaz marşrutu üzrə taksi fəaliyyəti ilə məşğul olurmuş. Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man