Xızıda uşaqlar sürücülərə dərs keçdilər - FOTO

İctimai nəqliyyat 31 May 2019 | 12:29
OXUNUB: 1017

Xızı RPŞ-nin DYPB-nin təşkilatçılığı ilə “1 İyun - Uşaqların Beynəlxalq Müdafəsi günü” münasibəti ilə tədbir həyata keçirilib. Tədbirin əvvəlin RPŞ-nin DYPB-nin rəis, polis kapitanı Füzuli Əsədov gələcəyimizin parlaq inciləri olan uşaqlarla görüşərək, yollarda quraşdırılmış yol nişanları, işıqforlar və piyada keçidləri haqqında ümumi məlumat verib.

Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyindən bildirilib. Daha sonra rayonun mərkəzi küçəsində davam edən tədbirdə polis forması geyinən uşaqlar yol hərəkəti qaydalarını pozan sürücüləri saxlayaraq, yollarda intizamlı olmağa dəvət ediblər. Onlara öz bilik və bacarıqlarını nümayiş etdirən azyaşlılar, nəqliyyat vasitələrinin sahiblərini yollarda ehtiyatlı olmağa və hərəkət zamanı qanunlara riayət etməyə çağıraraq, sürücülərlə tövsiyə xarakterli söhbətlər aparıblar. Xızı RPŞ-nin DYPB-nin təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədi orta məktəb şagirdləri, sürücü və piyadalar arasında yol hərəkəti qaydaları ilə bağlı məlumatlandırmanın təbliği və cəmiyyət tərəfindən balacaların həyat və sağlamlıqlarının qorunması istiqamətində görülməli olan zəruri tədbirlərin vacibliyini diqqətə çəkmək olub.

 

Namiq

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man