Meksikanın şimal-qərbində yük maşınının avtobusla toqquşması nəticəsində azı 5 nəfər ölüb.
Avtosfer.az “Tass”a istinadən xəbər verir ki, insident mayın 30-u Duranqo ştatında qeydə alınıb. Bu barədə Regional Xilasetmə Xidməti “Twitter” hesabından məlumat yayıb.
Məlumatda qeyd edilir ki, 5 nəfərin öldüyü təsdiqlənib. Yaralılara tibbi yardım göstərilir.
İlkin məlumatlara görə, avtobusda olan təxminən 20 sərnişin xəsarət alıb.
Qəzanın hansı səbəbdən baş verdiyi açıqlanmır.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man