"Ford" Rusiyada 14,5 mindən çox avtomobili geri çağırır. Geri çağırılma Rusiyada 2012-ci ilin avqustundan 2018-ci ilin aprelinədək satılmış "Explorer" modelinə şamil olunur. Avtosfer.az Trend-ə istinadən xəbər verir ki, məlumatda qeyd olunur ki, qərar arxa təkərlərin nizamlanma rıçaqında aşkar olunan qüsurlarla əlaqədardır. Bu qüsurun avtomobilin qəza riskinin artmasına səbəb ola biləcəyi deyilir. Qeyd edək ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man