Yol polisindən plyonka açıqlaması: Cərimə olmayacaq – ÖZƏL

İctimai nəqliyyat 28 May 2019 | 12:06
OXUNUB: 29621

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi son günlər gündəmə gələn və toplu suallar mövzusuna bir daha aydınlıq gətirib. Bildiyiniz kimi son günlər Bakıda qabaq alın və bütün qapıların yan şüşələrini plyonka ilə bağlayan sürücülərin sayı artıb. Həmin maşınları nümunə göstərən digər sürücülər haqlı olaraq sual verirlər. "Plyonkaya icazə verilirmi? Cəriməsi varmı?"

Bu kimi suallara Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az vasitəsilə cavab verib. Şöbə rəisi bildirib ki, avtomobillərin arxa qapılarına pərdə və plyonka çəkilməsinə görə sürücülər barədə inzibati qaydada tənbeh tədbiri görülməyəcək. Yəni yol polisi belə avtomobilləri idarə edən sürücülərə qarşı cərimə tətbiq etməyəcək.

"Lakin bir daha bildirirəm ki, söhbət yalnız arxa sağ və sol qapı şüşələrindən gedir."

Orxan

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man