Misirdə hüquq mühafizə orqanlarının əməkdaşlarını daşıyan zirehli avtomobilin yük maşını ilə toqquşması nəticəsində 9 polis ölüb. Avtosfer.az “Korrespondent”ə istinadən məlumat verir ki, insident mayın 26-sı paytaxt Qahirənin şimal-şərqində İsmailiyyə şəhəri yaxınlığında qeydə alınıb. Bu barədə “Al Youm As Sabia” portalı məlumat yayıb.
Bildirilir ki, toqquşmanın şiddətindən avtomobil alışıb və nəqliyyat vasitəsinin içərisindən çıxa bilməyən polislər yanıblar.
Portalın məlumatına görə, polislər İskəndəriyyə şəhərinə xidmət keçmək üçün gediblər.
İlkin məlumatlara görə, qəzaya səbəb sürücülərin yol hərəkəti qaydalarına əməl etməməsi olub.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man