Türkiyədə işçiləri daşıyan avtobus aşıb. Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, hadisə Bursa vilayətinin İnegöl rayonunda qeydə alınıb.
Məlumata görə, içində mebel fabrikasının işçiləri olan avtobusun sürücüsü hərəkətdə olan vaxt qarşısına çıxan yük maşınını vurmamaq üçün manevr edib və nəqliyyat vasitəsinin idarəetməsini itirərək aşırıb. Aşan avtobus bir neçə metrə sürüklənərək işıq dirəyinə çırpılıb.
İnsident yerinə səhiyyə və polis briqadaları gəlib.
İlkin məlumata görə, 3-ü ağır olmaqla 10 nəfər xəsarət alıb.
Xəstəxanadan yaralıların səhətlərinin normal olduğu bildirilib.
Polis qəza ilə bağlı təhqiqatlara başlayıb.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man