İnternetdə avtomobillə bağlı etibarnamə vermək mümkün olacaq - Azərbaycanda

Nəqliyyat xəbərləri 24 May 2019 | 13:56
OXUNUB: 2667

Azərbaycanda avtomobillərin idarə olunması ilə bağlı etibarnamənin verilməsi xidməti elektronlaşdırılıb. Avtosfer.az-ın ONA-ya istinadən xəbərinə görə, bunu “Reaktiv Xidmətlərdən Proaktiv Xidmətlərə” adlı “myGov” portalının (my.gov.az) təqdimat mərasimində çıxış edən Elektron Hökumətin İnkişaf Mərkəzinin direktoru Fariz Cəfərov deyib. Onun sözlərinə görə, artıq istifadəçilər “myGov” portalında olan “Şəxsi kabinet” vasitəsilə avtomobil sahibləri istədikləri şəxsə avtomobilin etibarnaməsini verə biləcəklər. “Xidməti istifadə etdikdə avtomobil və etibarnamənin kim tərəfindən veriləcəyi seçilir, daha sonra etibarnamə veriləcək şəxsin fərdi identifikasiya nömrəsi seçilir və “davam et” düyməsi vurulur. Qeyd edim ki, etibarnamənin müddəti birillikdir. Etibarnamə verilən şəxsin sürücülük vəsiqəsinin müddəti bir ildən az olduğu halda, etibarnamə yalnız qalan müddətə verilir”, - deyə F. Cəfərov qeyd edib.

Mərkəzinin direktoru həmçinin bildirib ki, bu xidmət üzrə rüsumu hər iki tərəf ödəyə bilər və ödənişlə bağlı tərəflərin “Şəxsi kabinet”lərinə müvafiq bildirişlər göndəriləcək.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man