35 nömrəli marşrut avtobusları indi elektriklə işləyir

Yeniliklər 24 May 2019 | 08:05
OXUNUB: 2114

Norveçin paytaxtında elektrik mühərriki ilə işləyən, özü idarə olunan avtobuslardan istifadə etməyə başlayıblar. Avtosfer.az Azərtac-a istinadən bildirir ki, Osloda 35 nömrəli marşrut avtobusları indi elektriklə işləyir. Yeni avtobuslar hələlik nisbətən qısa marşrutda test rejimində istifadə olunur. 11 sərnişin yeri olan avtobusda gediş haqqı adi sistem üzrə ödənilir.

Yerli KİV-lər yazırlar ki, avtobusun kompüter və müxtəlif ölçmə cihazları vasitəsilə idarə edilməsinə baxmayaraq, hələlik salonda sürücü də var. O, sərnişinlərə xidmət göstərəcək, onlara kömək edəcək və ekstremal vəziyyət yarandıqda avtobusun idarə edilməsi vəzifəsini öz üzərinə götürəcək. Osloda istifadə edilən avtobuslar Fransanın NAVYA şirkətində istehsal edilib. Şəhər nəqliyyat sisteminin rəhbərlərinin planlarına görə, özü idarə olunan elektrik avtobuslarından istifadə edilməsi bu il yayda Norveç paytaxtının digər rayonlarında da tətbiq olunacaq.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man