Sosial şəbəkədə ABŞ-ın cənubi Kaliforniya ştatında qəzaya uğramış “F-16” qırıcı təyyarəsinin görüntüləri yayımlanıb. Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, insident bir həftə əvvəl baş verib. Görüntülərdə qəzaya uğramış təyyarədən pilotun katapult etdiyi görülür.
Həmin anlar isə hərəkətdə olan avtomobilin reqistratoru tərəfindən qeydə alınıb.
Qırıcı aviabazanın ərazisində yerləşən anbara düşüb. İlkin məlumatlara görə, qəza təyyarənin hidravlik sistemində yaranan nasazlıq səbəbindən baş verib.
Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man