Cənubi Koreyada avtomobil istehsalı azalıb

Nəqliyyat xəbərləri 23 May 2019 | 07:57
OXUNUB: 1063

Cənubi Koreyada avtomobil istehsalı ilin birinci rübündə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz azalıb. Avtosfer.az bildirir ki, Azərtac Koreya Avtomobil İstehsalçıları Assosiasiyasına istinadla xəbər verir ki, azalmanın əsas səbəbi Çin və ABŞ-da Cənubi Koreya istehsalı olan "Hyundai" və "Kia" avtomobillərinə tələbatın zəifləməsidir. Bildirilir ki, ölkədə yanvar-mart aylarında təxminən 957 min avtomobil istehsal olunub. Cənubi Koreya bu rəqəmlə istehsal olunan avtomobillərin sayı baxımından Çin, ABŞ, Yaponiya, Almaniya, Hindistan və Meksikadan sonra 7-ci yeri tutur.

Assosiasiyanın məlumatına görə, cari ilin birinci rübündə Braziliya, İspaniya və Fransa da daxil olmaqla, dünyanın ən çox avtomobil istehsal edən 10 ölkəsində ümumilikdə 18,49 milyon ədəd avtomobil buraxılıb. Bu da əvvəlki illə müqayisədə 4,6 faiz azdır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man