Rusiyanın Sankt-Peterburq şəhərində naməlum şəxs təqaüdçünün maşınından oğurluq edib. Avtosfer.az xəbər verir ki, soyğunçuluq hadisəsi Pineqina küçəsində qeydə alınıb. Baş verən insidentin görüntüləri təhlükəsizlik kamerasına düşüb. Kadrlarda da görünür ki, soyğunçu ağ “Mitsubishi” markalı avtomobilə yaxınlaşaraq şüşəsini sındırır və oradan zərgərlik tərəzisi, qolbaq və boyun bağı götürərək qara “Hyundai Solaris” markalı maşına minərək qaçır. Məlumata görə, təqaüdçüyə dəymiş ziyan 300 min (7920 manat) rubl təşkil edir.
Avtosfer.az “RenTV”yə istinadən baş verən hadisənin videosunu təqdim edir:
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man