Münhen İqtisadi Araşdırmalar İnstitutunun alimlərinin məlumatına əsasən elektrikli mühərrikə malik avtomobil, dizellə işləyən nəqliyyat vasitəsindən daha çox karbon qazı ifraz edir. Avtosfer.az “Finans.az”a istinadən xəbər verir ki, “Tesla Mode 3” və “Mercedes C220 d” avtomobillərinin müqayisəli təhlili göstərib ki, birinci model atmosferə dizel mühərrikili alman maşınından daha çox karbon qazı ifraz edir. Belə ki, “Mercedes C220 d” 1 kilometrə 117 q. karbondioksid ifraz edirsə, elektromobildə bu göstərici 159 q. təşkil edib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man