Ötən gün Bibiheybətdə vurulan velosipedçinin kimliyi məlum olub. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, Səbael rayonu, Bibiheybət qəsəbəsində məscidin yaxınlığında minik avtomobili tərəfindən vurulan velosipedçi Bayıl qəsəbə sakini, 1976-cı il təvəllüdlü Səlimov Ruslan Feyzulla oğludur.
Kəllə-beyin travması alan R.Səlimov hazırda 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsindədir. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, "Mercedes E-class" markalı avtomobil velosipedçini vurduqdan sonra, sürücü özü yaralını xəstəxanaya aparıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man