Salyan rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, Yenikənd kəndi ərazisində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq, yolun kənarındakı maneəyə çırpılıb. Nəticədə Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Məmmədov İlkin İmran oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man