Mərhum reper Anar Nağılbazın birinci həyat yoldaşı Anjelika Cəbiyeva heç kəsin görmədiyi və oxumadığı bir məktub tapıb. Orada yazılanlar isə görənləri heyrətləndirib.
Sfera.az xəbər verir ki, ARB TV-də yayımlanan "Show News” verilişində həmin məktub açılaraq, tamaşaçılara təqdim edilib.
Anjelikanın sözlərinə görə, o günlərdir Anarı yuxusunda görür və çox narahatlıq keçirdiyindən onun əşyalarını məscidə vermək qərarına gəlib:
"Çox qarışıq yuxu idi. Dedi ki, tərpənə bilmirəm. Həm üzünü göstərirdi, həm də göstərmirdi. Fikirləşdim ki, bəlkə, paltarları qalıb evdə, ruhu inciyir. Ona görə Anarın əşyalarını məscidə verdim”.
Anarın balaca oğlu Tamerlan atasını unuda bilmədiyini dilə gətirib:
"Atam yadıma düşür. Onun mahnılarını oxumaq istəyirəm. Mən atamın yeganə oğluyam. Əgər kimsə onun mahnılarını ifa etmək istəsə, məndən icazə almalıdır. Mən polis olmaq istəyirdim. Atam hər zaman məni dəstəkləyib, böyüyəndə idmançı polis olacağımı deyirdi”.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man