Tiflis-Bakı istiqamətində avtobusların sayı artırılacaq - Avroliqa finalına görə

Yeniliklər 20 May 2019 | 12:32
OXUNUB: 903

2019-cu il 29 may tarixində Bakı Olimpiya Stadionunda təşkil olunacaq futbol üzrə UEFA Avropa Liqası turnirinin final oyununa maraq yüksək olduğuna görə xarici ölkələrdən çox sayda futbol azarkeşlərinin Bakıya gəlişi gözlənilir. 

Avtosfer.az-ın məlumatına görə, azarkeşlərin bir çoxunun Gürcüstana səfər edərək oradan Bakıya gəlməsi ehtimalının böyük olduğunu nəzərə alaraq, Dövlət Avtomobil Nəqliyyatı Xidməti Tiflisdən Bakıya və əks istiqamətdə gedən müntəzəm marşrut xətləri üzrə avtobusların artırılmasına dair müvafiq daşıyıcılara tapşırıq verib. Həmin azarkeşlərə yüksək səviyyədə xidmət göstərilməsi məqsədi ilə 27-31 may tarixlərində mövcud “Bakı-Tiflis-Bakı” marşrut xəttinə əlavə avtobuslar buraxılacaq.

27-31 May tarixlərində regionlarımızdan Bakıya gələcək və ölkənin turistik məkanlarına istirahət üçün üz tutacaq azarkeşlərin Quba, Qusar, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Zaqatala, Qax şəhərlərinə rahat gediş-gəlişi üçün ümumilikdə əlavə olaraq 100 avtobus xəttə buraxılacaq.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man