Hondurasda təyyarə qəzası baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Roatan adasında qeydə alınıb. Qəza zamanı pilot da daxil olmaqla, 6 nəfər həlak olub. Qeyd edilir ki, onlardan 5-i turistlərdir. Agentliyin məlumatına görə, ölənlərin hansı ölkənin vətəndaşları olması məlum deyil. Bununla belə, Hondurasın silahlı qüvvələrinin nümayəndəsi həlak olanlardan 4-nün ABŞ vətəndaşları, turist olduqlarını bildirib. Eyni zamanda yerli hakimiyyət orqanları ölənlərin Kanada vətəndaşları olduqlarını bildiriblər. Qəza zamanı həlak olan 5-ci şəxsin hansı ölkənin vətəndaşı olması məlum deyil. Qeyd edilir ki, təyyarə səmaya qalxdıqdan az sonra dənizə düşüb. Qəzanın başvermə səbəbi məlum deyil.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man