Sürücü sükan arxasında yuxuladı, ailəsi ilə qəzaya düşdü - FOTO

Yol qəzaları 17 May 2019 | 20:04
OXUNUB: 1885

Şamaxı - Həmyə - Qonaqkənd avtomobil yolunda qəza baş verib. Avtosfer.az-ın Oxu.az-a istinadən xəbərinə görə, Şamaxı rayon Həmyə kənd sakini, 1954-cü il təvəllüdlü Abdullayev Mirbaba Yusif oğlunun idarə etdiyi “Hyundai Tucson“ markalı minik maşını yoldan çıxaraq, yolun kənarındakı elektrik dirəyinə çırpılıb.

Qəza nəticəsində sürücü və onu ailə üzvləri - həyat yoldaşı, 1963-cü il təvəllüdlü Abdullayeva Şahnaz Mürüdxan qızı, 1955-ci il təvəllüdlü Abdullayeva Şəbnəm Mirbaba qızı yaralanıb.

Hər üç şəxs müxtəlif bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri orta-ağırdır.

İlkin məlumatlara görə, sürücünün sükan arxasında yuxulaması qəzaya səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man