Şirvanda avtomobil tərəfindən vurulan piyada xəstəxanada dünyasını dəyişib. Avtosfer.az-ın "Report"a istinadən xəbər verir ki, yol qəzası nəticəsində Şirvan şəhər Mərkəzi Xəstəxanasına gətirilən 1964-cü il təvəllüdlü Axundov Nazim Səttar oğlunun vəziyyəti qəfil pisləşib. Həkimlərin səyinə baxmayaraq, o, xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
***22:30
Şirvanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Axşam saatlarında Şirvan şəhər sakini, 1964-cü il təvəllüdlü Axundov Nazim Səttar oğlu yolu keçmək istəyən zaman “Jiquli” markalı avtomobil onu vurub. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man