Bakıda baş verən ağır yol nəqliyyat hadisəsi təhlükəsiz şəhər kameraları vasitəsilə qeydə alınıb. Avtosfer.az xəbər verir ki, yol kənarında dayanan avtobusa arxadan zibil daşıyan maşın çırpılır. Hadisə nəticəsində bir neçə sərnişin xəsarət alıb. Qəzanın baş vermə səbəbləri dəqiq açıqlanmasa da görüntülərdən aydın olur ki, zibil maşınının sürücüsü səhlənkar davranır. Göründüyü kimi avtobusla zibil maşını arasında xeyli məsafə var. Lakin zibil maşınının sürücüsü nə sürəti azaltmır, ya da zolağı dəyişib hərəkətini davam etdirmir. Ehtimal etmək olar ki, o, sükan arxasında ya yuxulayıb, ya da başı nəyəsə qarışıb. Ancaq hadisə səhər saatlarında baş verdiyi üçün onun yuxulu olma ehtimalı daha yüksəkdir.
Qeyd edək ki, DYP əməkdaşlarının sayıqlığı nəticəsində səhər saatlarında sükan arxasına içkili vəziyyətdə keçən bir neçə sürücü aşkarlanıb. Onlar zibil maşını sürdüklərini və yol polisi tərəfindən saxlanıayacağını güman edirlər. Xüsusilə qış aylarında bu hal geniş yayılıb. Yol polisi hər səhər təxminən saat 5-6 radələrində bu sürücüləri nəzarətdə saxlayır. Bununla belə təssüf olsun ki, bu cür hallar yenə baş verir. Hətta zibil daşıyan avtomobillərin texniki cəhətdən nasaz olduğu müşahidə olunur.
Ümid edirik ki, aidiyyəti qurumlar olan Bakı və rayon icra hakimiyyətləri buna ciddi nəzarət edəcəklər. Bu maşınları idarə edən sürücülər tibbi müayinədən keçiriləcək. Həmçinin avtomobillər texniki baxışdan keçdikdən sonra xəttə buraxılacaq.
Görüntüləri təqdim edirik:
Orxan Əli
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man