Dünyanın ən etibarlı avtomobilləri açıqlandı

Nəqliyyat xəbərləri 15 May 2019 | 20:46
OXUNUB: 1191

Etibarlılıq istənilən avtomobilin alınması zamanı diqqət yetirilən ən vacib kriterilərdən birdir. Avtosfer.az “Finans.az”a  istinadən xəbər verir ki, “J. D. Power” analitik agentliyinin Britaniya bölməsinin ekspertləri 100 maşına düşən orta sınma səviyyəsini hesablayaraq 3 ilə kimi olan ən etibarlı avtomobillərin reytinqini hazırlayıblar.

Reytinqə “Peugeot” başçılıq edir. Sonrakı yerləri müvafiq olaraq “Skoda”, “Hyundai”, “Nissan”, “Suzuki”, “Opel”, “KİA”, “Mİni”, “Ford” və “Volvo” tutur.

Modellər arasında alındıqdan üç il ərzində ən az sınma “Volkswagen Up”, “Tiguan” “Passat”, “Hyundai i10” və i20, “Peugeot 108”, 208, 2008 и 3008, “Skoda Octavia”, “Seat Leon”, “Opel Insignia”, “Mokka” və “Zafira”, “Ford Focus”, “C-Max” və “Fiesta”, “Honda CR-V”, “Mercedes-Benz C-Class” və “Е-Class”, həmçinin “Citroen C4 Picasso” və “Nissan Juke”da qeydə alınıb.

Ekspertlərin hazırladığı antireytinqdə isə ən problemli “BMW” avtomobilləri olub. Autsayderlərin onluğunda növbəti yerləri müvafiq olaraq “Fiat”, “Audi”, “Jaguar”, “Land Rover”, “Mercedes Benz”, “Toyota”, “Citroen”, “Renault” və “Mazda” avtomobilləri tutub.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man