Ekvadorda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 9 nəfər ölüb, 40 nəfər isə xəsarət alıb. Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, insident mayın 12-si Karaçi əyalətində qeydə alınıb. Bu barədə yerli “Universo” nəşri məlumat yayıb.
Yaralılar xəstəxanalara yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.
Nəşrin məlumatına görə, reys avtobusunda Ekvador, Venesuela və Kolumbiya vətəndaşları olub.
Bildirilir ki, sürücü hadisə yerindən qaçaraq gizlənib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man