Yol polisi məktəbliləri maarifləndirdi - FOTO

İctimai nəqliyyat 13 May 2019 | 12:17
OXUNUB: 1177

«Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı»nın məqsədlərinə uyğun olaraq, təhsil müəssisələrində aparılan təbliğat-təşviqat və maarifləndirmə işlərinin daha da genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Avtosfer.az xəbər verir ki, bu qəbildən olan növbəti tədbir DİN-in Baş DYP İdarəsinin, Azərbaycan Milli Avtomobil Klubunun (AMAK) və Təhsil Nazirliyinin 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşlarının birgə iştirakçılığı ilə Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Əhməd Zeynalov adına 302 saylı tam orta məktəbdə baş tutub.

Məktəbin direktoru Səkinə Rzayevanın fəal təşkilatçılığı ilə məktəbin şagird və müəllim kollektivilə yanaşı valideyinlər də qatıldığı tədbirdə çıxış edən Baş DYP İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev, məktəblilərin yol hərəkət iştirakçısı qismində maarifləndirilməsinə xidmət edən bu görüşün Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü gününə təsadüf etməsini xüsusi vurğulayaraq bütün şüurlu həyatını doğma Azərbaycanımızın çiçəklənməsinə həsr etmiş Heydər Əliyev dühasının müasir gəncliyin daha firavan və təhlükəsiz yaşaması üçün atdığı tarixi addımlardan danışıb.

Yol hərəkəti təhlükəsizliyinin təbliği istiqamətində Dövlət Yol Polisi tərəfindən həyata keçirilən sosial-inzibati tədbirlərlə yanaşı ictimai iştirakçılığın da böyük əhəmiyyət kəsb etdiyini qeyd edən polis polkovnik-leytenantı M.Ağayev, yol hərəkəti qaydalarının uşaq və yeniyetmələrə öyrədilməsində təhsil müəssisələrində müəllimlərin, evdə və yollarda isə valideynlərin, ictimaiyyət nümayəndələrinin üzərinə böyük məsuliyyət düşdüyü diqqətə çatdırıb.

Çıxış edən digər natiqlər - Gülnarə Pənahova, Ləman Seməndərli, Fəridə Süleymanova və Səkinə Rzayeva keçirilən tədbirin mahiyyəti barədə iştirakçılara geniş məlumat veriblər.

Qarşılıqlı diskusiya şəraitində keçən görüşdə məlumatların daha yaddaqalan və təsirli olması üçün əyani vasitələrdən istifadə edilmiş, iştirakçılara sorğu bülletenləri paylanılaraq onların yol hərəkəti təhlükəsizliyinin təşkili ilə bağlı fikirləri öyrənilib.

 

Fərid

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man