“Satılır” sözünə görə heç bir sürücü cərimə olunmayacaq” - DYP-dən cavab

İctimai nəqliyyat 13 May 2019 | 11:31
OXUNUB: 2357

Avtomobillərin üzərində “satılır” sözü yazanların cərimə edilməsi ilə bağlı mətbuatda yayılan məlumatlara Baş Dövlət Yol Polisi İdarəsindən münasibət bildirilib. Avtosfer.az xəbər verir ki, idarənin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, məlumatlar onun adından yayılsa da, o, son bir ildə bu haqda heç bir media qurumuna açıqlama verməyib: “Mən belə bir açıqlama verməmişəm. Ola bilsin ki, 3-4 il əvvəl avtomobillərin üzərinə “Satılır” sözü yazıb piyada səkilərində uzun müddət saxlayan piyadaların hərəkətinə maneə olan sürücülərlə bağlı açıqlamamdan istifadə ediblər. O zaman isə mən maşınların səkidə saxlanmasına görə cərimələnməsi haqda danışmışam.

Reklam məsələləri “Reklam haqda” qanunla tənzimlənir. “Satılır” sözünə görə heç bir sürücü cərimə olunmur. Ümumiyyətlə, avtomobillərin üzərində olan və onun hansı şirkətə, hansı quruma məxsus olduğunu bildirən adlar, loqolar reklam sayılmır. Yalnız hansısa məhsul avtomobilin üzərində qanunsuz reklam olunarsa, buna görə sürücü cərimə oluna bilər”.

 

Emin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man