Yol Polisi sürücülərə müraciət etdi - Qəzaların səbəbi...

İctimai nəqliyyat 13 May 2019 | 10:19
OXUNUB: 1281

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) hərəkət iştirakçılarına müraciət edib. İdarədən Avtosfer.az-a verilən məlumatda bildirilir ki, son günlər qeydə alınmış ağır yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, qəzaların baş verməsinin əsas səbəblərindən biri də məhz sürücülərin sükan arxasında diqqətsizliyidir. "BDYPİ bu səbəbdən baş verə biləcək yol qəzalarının qarşısının alınması məqsədilə bir daha sürücülərin diqqətinə çatdırır ki, nəqliyyat vasitələrini idarə edərkən son dərəcə diqqətli olmalı, sürət rejimini nəzarətdə saxlamalı, yol nişanlarına və nişanlanma xətlərinə diqqət yetirməli, sərnişinlərlə və ya mobil telefonla diqqəti yayındıra biləcək söhbətdə iştirak edilməməlidir.

Qəzaların analizi həmçinin göstərir ki, bir çox yol-nəqliyyat hadisəsinin qarşısının alınması, yaxud daha az zərərlə nəticələnməsində sərnişinlərin xüsusi rolu olur. Belə ki, öz təhlükəsizliyi naminə həyatını sürücünün ixtiyarına buraxmayan, mənzil başına sağ-salamat çatmaq istəyən sərnişinlərin ayıq-sayıqlığı, yolboyu sürücünün qaydalara riayət etməsinə, onun nəqliyyat vasitəsini idarə etmə qabiliyyətində olub-olmamasına diqqət yetirməklə sürücünün görmədiklərinə vaxtında reaksiya vermələri və ən azı onun diqqətini yayındırmamaları yüzlərlə qəzanın, o cümlədən ölüm və xəsarətin qarşısını alıb", - deyə müraciətdə bildirilir.

"BDYPİ bir daha iştirakçı kateqoriyasından asılı olmayaraq küçə və yollarda hərəkət edən hər bir şəxsi son dərəcə diqqətli olmağa, tələsmək bəhanəsi ilə 100-200 metrlik məsafəni qənimət bilib qaydalara əməl etməməklə cahilliyin qurbanına çevrilməməyə, əzizlərinizi, doğmalarınızı gözüyaşlı qoymamağa çağırıb. Eləcə də sürücülərimiz unutmamalıdırlar ki, əllərindəki təkcə sükan deyil, həm də özünün, sərnişinlərinin və piyadaların həyatıdır", - müraciətdə qeyd edilir.

 

Namiq

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man