Lənkəranda 20 yaşlı gənci avtomobil vurub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə hadisə rayonun Xolmili kəndində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Fərman Sünbül oğlu Səfərovu avtomobil vurub. Yaralı hadisəni törədən sürücü tərəfindən ağır vəziyyətdə Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. F.Səfərova qapalı kəllə-beyin travması diaqnozu qoyularaq Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man