Kürdəmir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Ağsu-Kurdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Mollakənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Mercedes" və "Jiquli" markalı minik avtomobillərinin toqquşması nəticəsində ikinci maşının sürücüsü, 1986-cı il təvəllüdlü İmişli rayon Telişli kənd sakini Ağayev Emil Aldost oğlu hadisə yerində dünyasını dəyişib. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man