Bakı-Sumqayıt şossesində bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın ONA-ya istinadən məlumatına görə, taksi fəaliyyətilə məşğul olan “Nissan” markalı avtomobilin sürücüsü əvvəlcə eyni istiqamətdə hərəkət edən “Hunday” markalı maşının arxa hissəsinə çırpılıb.
Zərbənin gücündən idarəetməni itirən “Nissan”ın sürücüsü avtomobili saxlaya bilməyərək yol kənarında hərəkətsiz vəziyyətdə dayanan “KAMAZ” markalı yük maşınına çırpıb.
Nəticədə taksinin sürücüsü bədən xəsarəti alıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man