Rusiyanın İrkutsk əyalətində sürücü avtomobili ilə 6 qadını vurub.
Avtosfer.az “Ura.ru”ya istinadən xəbər verir ki, insident mayın 9-u səhər saatlarında Mamonı qəsəbəsində baş verib.
Bildirilir ki, 40 yaşlarında olan yerli sakin avtomobilində yaranan nasazlığı aradan qaldırmaq istəyib, lakin maşın anidən arxada dayan nəqliyyat vasitəsinə çırpılıb. Sonra da özünü itirən sürücü sürətlə qabağa hərəkət edərək 6 qadını vurub.
Xəsarət alan qadınlar xəstəxanaya yerləşdirilib.
Sürücü isə tutulub.
O, hadisəni bilməyərəkdən törətdiyini və özünü itirməsi nəticəsində baş verdiyini bildirib.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man