Şəki polisi maarifləndirmə tədbirlərini davam etdirir - FOTO

İctimai nəqliyyat 09 May 2019 | 15:00
OXUNUB: 1570

2018/2019-cu tədris ilində, Şəki Şəhər-Rayon Polis Şöbəsinin təşəbbüsü və Şəki Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə, eləcə də Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Muradovun göstərişi və nəzarəti altında rayonun təhsil müəssisələrində "Gənclər narkomaniyaya yox deyir", "Dini radikalizmə qarşı mübarizə hər birimizin borcudur", "Erkən nikah və onun fəsadları", "Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu" mövzularında maarifləndirici tədbirlər davam etdirilir.

Növbəti tədbirlər, 07 may 2019-cu il tarixdə Şəki rayonu, Köndələn kənd tam orta məktəbində və 08 may 2019-cu il tarixdə Şəki rayonu, Kiş kənd 4 saylı tam orta məktəbində keçirilib.

Tədbirlərdə, Şəki Şəhər Təhsil Şöbəsinin məsləhətçisi, Anar Məmmədov, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, Polis Şöbəsinin azyaşlılar üzrə inspektoru, polis kapitanı Səlim Səlimov, məktəblərin rəhbərliyi, digər qonaqlar və müəllimlər, eləcə də yuxarı sinif şagirdləri iştirak ediblər.

Qeyd olunan mövzularla bağlı, hüquq mühafizə orqanlarının əməkdaşları çıxış edib ətraflı məlumatlar verərək, məktəbliləri maraqlandıran sualları cavablandırıblar.

Bu cür maarifləndirmə tədbirlərinin rayonun bütün təhsil müəssisələrində mütəmadi olaraq davam etdiriləcəyi qeyd olunub.

Fərid

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man