Burda maşın sürmək əsəb və stressdir - VİDEO

Nəqliyyat TV 09 May 2019 | 12:02
OXUNUB: 901

Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsində sözün həqiqi mənasında xaosdur. Avtosfer.az xəbər verir ki, xüsusilə pik vaxtlarda "Pasyolka" adlanan mərkəzi yolda tıxac olur. Çünki kimin ürəyi necə istəyir, elə də maşın sürür. Əks yola çıxmaq, digər sürücünün qarşısına çıxmaq, yolun ortasında dayanmaq adi bir haldır. Ərazidə yol polisi xidmət aparan zaman qismən normal olsa da polis gedən kimi yenə həmin vəziyyət yaranır. Ərazidə olan piyada keçidi (149 saylı məktəbin yanı, "Araz" marketin qarşısı) nizamlanmır deyə tıxacın əsas səbəbidir. Ancaq pik vaxtlarda polis əməkdaşları ərazidə xidmət aparan zaman hərəkət nizamlanır. Qalan vaxtlarda işıqfor olmadığı üçün daim keçid var. Bu da avtomobillərin hərəkətinə təsir edir. Ümumiyyətlə ərazidə azı iki yerdə işıqfora ehtiyac var. Təqdim edəcəyimiz görüntüdə də sürücülərin necə xaotik hərəkət etdiyi aydın görünür. 

Orxan

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man