Paytaxtda qəzadan qaçan avtobus sürücüsü piyadanı vurub

Yol qəzaları 08 May 2019 | 21:47
OXUNUB: 1198

Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın ONA-ya istinadən xəbərinə görə, Neftçilər prospektində, Bakı İdman Sarayının yaxınlığında 53 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu minik avtomobili ilə toqquşub.

Avtobus sürücüsü hadisə yerindən qaçmaq istəyərkən piyadanı vurub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bildirib ki, təcili tibbi yardım hadisə yerindən, birisi uşaq, ikisi böyük olmaqla, 3 nəfəri götürüb.

O qeyd edib ki, yaralılara kəllə-beyin travması qoyulub, onların vəziyyətləri orta ağır kimi qiymətləndirilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man