“Biman” aviaşirkətinə məxsus təyyarə Myanmada qəzaya uğrayıb - FOTO

Yol qəzaları 08 May 2019 | 19:40
OXUNUB: 871

“Bangladesh Airlines”in “Biman” aviaşirkətinə məxsus “Bombardier Dash 8 Q400” təyyarəsi Myanmanın Yanqon hava limanına eniş vaxtı qəzaya uğrayıb.

Avtosfer.az “TASS”a istinadən xəbər verir ki, bu barədə mayın 8-i “The Myanmar Times” agentliyi məlumat yayıb.

İlkin məlumatlara görə, təyyarə uçuş-enmə zolağından kənara çıxaraq, ön hissəsi və qanadları zədələnib.

что у самолета повреждены передняя часть и крылья

Agentliyin hava limanında olan mənbəsi təsdiqləyib ki, insident təyyarənin enişi zamanı baş verib.

“France-Presse” agentliyinin məlumatına görə, hadisə nəticəsində pilot, stüardessa və 9 sərnişin yüngül xəsarət alıb. Təyyarənin göyərtəsində Banqladeş, Myanma, Kanada, Çin, Hindistan, Fransa və İsveçrə vətəndaşları olmaqla ümumilikdə 31 nəfər sərnişin olub. 

Hazırda aeroportun fəaliyyət müvvəqqəti dayandırılıb.

Qəzanın səbəbləri araşdırılır.

 

Namiq

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man