Şəmkir rayonunda qəzaya düşən avtobus müntəzəm sərnişindaşıma fəaliyyəti göstərməyib. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova deyib.
Qurumun sözçüsü bildirib ki, avtobus tikintidə işləyən şəxsləri daşıyırmış. "20-EA-747 dövlət nömrə nişanlı mikroavtobus fərdi şəkildə hansısa şirkətlə müqavilə əsasında fəaliyyət göstəri. O, yaxınlıqdakı tikinti sahəsində çalışan şəxsləri daşıyarkən minik avtomobili ilə toqquşub. Ölən şəxslər isə minik avtomobilinin sərnişinləri olub".
Xatırladaq ki, bu gün Şəmkir rayonunda marşrut avtobusu "VAZ 2107" markalı avtomobillə toqquşaraq aşıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 11 nəfər yaralanıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man